Karius finaldakı səhvlərindən sonra ən ağır cəzasını aldı VİDEO FOTO


Dünya 07 İyn 2018 11:24:00 364 0

Karius finaldakı səhvlərindən sonra ən ağır cəzasını aldı  VİDEO  FOTO

Çempiyonlar Liqasının finalında etdiyi səhvlər sonrası qapısında gördüyü qollara görə ölümlə təhdid edilən "Liverpul"un çərçivə qoruyucusu Loris Kariusu sevgilisi - İngilis model Lanthe Rose Cochrane-Stack tərk edib.

Son.az xarici mediaya istinadən xəbər verir ki, ingilis polisi təhdidlər sonrası araşdırmalara başladıqlarını açıqlasa da, Kariusa bir zərbə də sevgilisindən gəlib. İngilis model Kariusa gələn təhdidlərdən cana yığılıb, münasibətlərini bitirmək qərarı verib.

Qeyd edək ki, "Real Madrid" ÇL-nın finalından "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək, Zidanın rəhbərliyi altında ardıcıl 3-üncü dəfə qitənin ən güclüsü oldu.


Xəbərə aid fotolar