Bu regionlarda da məktəbə hazırlıq qruplarına qəbul elektron qaydada olacaq


Digərləri 07 İyn 2018 10:20:00 396 0

Bu regionlarda da məktəbə hazırlıq qruplarına qəbul elektron qaydada olacaq

Növbəti ildən Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda məktəbə hazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, adıçəkilən ərazilərdə 2017-2018-ci tədris ili üzrə 1-ci sinfə qəbul elektron qaydada aparılır.

C.Bayramov bildirib ki, son illər ərzində ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsini artırmaq üçün kifayət qədər addımlar atılıb. Son 4 ildə ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə çatdırılıb.