Bakıda taksi sürücüsü avtomobilində bıçaqlandı FOTO


Digərləri 07 İyn 2018 08:50:00 247 0

Bakıda taksi sürücüsü avtomobilində bıçaqlandı  FOTO

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir

Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə İbrahim Əbilov 81 ünvanında baş verib.

1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi "Saipa" markalı avtomobili ilə yaşadığı "Kubinka" kimi tanınan əraziyə gəlib.

O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.

Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. .

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin dəqiq harda, kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.


Xəbərə aid fotolar