3 otaqlı yaşayış evi yanıb


Digərləri 06 İyn 2018 23:55:00 249 0

3 otaqlı yaşayış evi yanıb

Masallıda 3 otaqlı yaşayış evi yanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mollahəsənli kəndində, 1975-ci il təvəllüdlü Sakit Təvəkkül oğlu İbrahimova məxsus evdə baş verib.

Kənd sakinlərinin sözlərinə görə, yanğın anidən baş verib və tez bir zamanda bütün evi əhatə edib. Yanğın zamanı evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.