BMT Təhlükəsizlik Şurası Ukraynaya dair bəyanat qəbul edib


Dünya 06 İyn 2018 22:12:00 283 0

BMT Təhlükəsizlik Şurası Ukraynaya dair bəyanat qəbul edib

BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində atəşkəsin pozulmasını pisləyən bəyanat qəbul edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə qurumun saytında bildirilir.

"Təhlükəsizlik Şurası atəşkəsin pozulmasının davam etməsini, xüsusilə  Minsk razılaşması ilə qadağan edilən ağır silahların istifadəsini pisləyir. Ağır silahlardan istifadə mülki şəxslər daxil olmaqla insanların ölümünə səbəb olur", bəyanatda deyilir.