Norveçin təhsil müəssisələrində niqab qadağan edilib


Dünya 06 İyn 2018 21:10:00 392 0

Norveçin təhsil müəssisələrində niqab qadağan edilib

Norveç parlamenti hökumətin təklifi ilə ölkənin bütün təhsil müəssisələrində tədrisdə niqabla (üz örtüyü - "Report") iştirakı qadağan edən qanun qəbul edib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Norveçin Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadağa bu ilin avqustunda qüvvəyə minəcək və tələbələrə, məktəblilərə və müəllimlərə şamil ediləcək. Bu qayda qısamüddətli və başqa şəraitlərdə həmin müəssisələrə gələnlərə tətbiq edilməyəcək.