“Mənim yarım qadındır”


Şou-biznes 06 İyn 2018 18:33:00 310 0

“Mənim yarım qadındır”

ARB Ulduz-un "Şou məkan" verilişinin növbəti qonağı əməkdar artist Xumar Qədimova olub.

Son.az bildirir ki, az-az görünən sənətçi, nəhayət ki, üzərində bir müddətdir çalışdığı yeni mahnısını təqdim edib: "Nəhayət ki, uzun müddət üzərində işlədiyim Hüseyn Cavidin "Cəfa çəkdim can üzdüm" sözlərinə bəstələdiyim mahnını bitirdim. Axır ki, təqdim olundu. Mən bu mahnıya aşiqəm. Yəqin ki, məni sevənlər də bu əsəri sevəcəklər. Təvazökarlıqdan uzaq olsa da, Xumarın mahnılarını sevirəm. Amma bu mahnı üçün ölürəm". Şeir kimi bir qadın olan əməkdar artist xanımın daxili də, zahiri də, belə görünür ki, poeziya ilə əhatə olunub və onu bu qədər cəzbedici bir şəklə salıb: "Əzbərdən bildiyim şeirlər də var. Elə hey oxuyuram. Bir də görürsən ki, şeirlərə aşiq oluram, nəğməyə çevirirəm. Müğənni bilməlidir ki, nə oxuyur və tamaşaçıya nə deyəcək, tamaşaçı ondan nə alacaq. Kamal Abdullanın sözlərinə mənim bəstəm var. Orada deyir ki, evinin bir küncündə günəş çıxıb yaydır, bir küncündə şaxtalı qışdır, qəribə deyilmi?" Qarşısındakı insandan dürüstlük, düzgünlük gözləyən müğənni bu xüsusiyyətini sevsə də, deyəsən, onu özünün ən pis cəhəti olaraq qiymətləndirir: "Qarşısındakını görmək istədiyi kimi görür Xumar. Ən pis cəhəti odur. Xumar dostluq etdiyi adamdan hər şey istəyir. İstəyir ki, səmimi olsun, xəyanət etməsin, paxıl olmasın. Dost necə olmalıdır, bax onu istəyir Xumar. Bu, mənim ən pis cəhətimdir. Mən onu elə görməsəm, onunla dostluq edə bilmərəm. O cür görürəm deyə dostluq edirəm. Allah eləməsin elə olmayanda mən əzab çəkirəm". İnsanları olduğu kimi qəbul edə bilmədiyini söyləyən Xumar Qədimovanın söhbətindən belə aydın olur ki, dost onun üçün ən dəyərli məqamlardan biridir: "Bacım mənə deyir ki, olduğu kimi qəbul elə. Oldu daha, elədir. Vecinə alma, unut. O, mənim yarımdı. Yar ancaq kişi, qadın deyil. Mənim qadın dostum da mənim yarımdır. Məncə, hamıyla dostluq eləmək olmaz". O, efirlərdə az görünməyinin səbəbini açdı: "Mənim sənət siyasətim belədir. Çox efirə çıxmağı sevmirəm. Təbii ki, tamaşaçıları sevirəm, onlara gözəl nəğmələr təqdim etməyi sevirəm. Amma yerində. İki şey məni unudulmağa qoymayacaq: bir nəğmələr, bir də duyan tamaşaçılar". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto