Avropa şirkətlərinin 24 faizi Azərbaycanda peşə təhsilindən razıdır


Digərləri 06 İyn 2018 14:25:00 272 0

Avropa şirkətlərinin 24 faizi Azərbaycanda peşə təhsilindən razıdır

Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, Avropa İttifaqının 2018-ci il üçün "Azərbaycan üzrə biznes mühiti" hesabatında öz əksini tapıb.

Sorğu hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması hesab edilib. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur.