Bakıda iki nəfəri öldürməyə cəhd edən şəxsə hökm oxundu


Digərləri 06 İyn 2018 14:11:00 229 0

Bakıda iki nəfəri öldürməyə cəhd edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəhd edən Orxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, O.Cəfərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.    İttihama görə, Orxan Cəfərov sərxoş halda mübahisə zəminində Rəvan İsgəndərov və Emil Əhmədova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıb.