Sabahın HAVAsı


Digərləri 06 İyn 2018 13:09:00 318 0

Sabahın HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 27-32, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 07-də gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.