"Hüseyn Əzizoğlu gələn gündən dedi ki, səndən qorxuram"


Şou-biznes 06 İyn 2018 13:07:00 261 0

"Hüseyn Əzizoğlu gələn gündən dedi ki, səndən qorxuram"

"Maşın" şoudan qalmaqallı şəkildə gedən aparıcı İlhamə Bədəlova "10-dan sonra" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı şouda haqqında deyilənlərə cavab verib:

"Sözün açığı, heç düşünmürdüm 7 gün dayanım. Ora 3-4 günlük paltar götürmüşdüm. Hamıya qarşı kobud münasibətdə olan biri kimi göstərildim. Onu son günlərdə gördülər. Mən ən güclü rəqib idim. Bilirdilər ki, finala qalsam, yatmayacam da, ac da qalacam, çünki günlərlə oyaq qalan adamam. Heç vaxt özümdən kimisə nə aşağı, nə də yuxarı görmüşəm. Amma kənardan elə görünürəm. Orada heç kəsi olduğu kimi tanımadım. Əli Mirəliyevi belə tanımadım. Hüseyn Əzizoğlu gələn gündən dedi ki, səndən qorxuram. Bizim davamızı kişilər müzakirə edirdi, Cavidan da qarışdı o məsələyə".

İlhamə aparıcı Yusif Ağayevin "Deyirlər, efir zamanı Mətanət Əliverdiyeva ilə Aytən Səfərova bir-birinə təhqirlər deyir, reklam arasında isə mehriban olurdular" sözlərinə belə cavab verib: