Xəzər Dəniz Gəmiçiliyi Yunanıstanda keçirilən sərgidə iştirak edir (FOTO)


Digərləri 06 İyn 2018 12:14:00 263 0

Xəzər Dəniz Gəmiçiliyi Yunanıstanda keçirilən sərgidə iştirak edir (FOTO)

Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo” mərkəzində dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan XXV “Poseydoniya-2018” öz işinə başlayıb.

Bakı. Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo” mərkəzində dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan XXV “Poseydoniya-2018” öz işinə başlayıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Trend-ə verilən məlumata görə, builki sərgidə 160 illik yubileyini qeyd etməyə hazırlaşan və ölkənin qocaman şirkətlərindən biri – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də öz stendi ilə təmsil olunur. Stenddə ölkəmizin dənizçilik sahəsi, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Gəmiqayırma Zavodu haqqında məlumatlar, videoçarxlar nümayiş etdirilib. Stendin özəlliklərindən biri də burda yaradılan milli guşədir. Milli suvenir və əşyalarla bəzədilən guşədə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi tərənnüm olunur. Bütün bunlar gəmiçiliyin stendinə marağı bir qədər də artırıb.