Azərbaycan Beynəlxalq Bankı 100 müştərisinə hədiyyə təqdim etdi


Digərləri 06 İyn 2018 11:27:00 335 0

Azərbaycan Beynəlxalq Bankı 100 müştərisinə hədiyyə təqdim etdi

Azərbaycan Beynəlxalq Bankının "Yüzdən biri ol!" devizi altında keçirdiyi "Bahar" uduşlu stimullaşdırıcı lotereya kampaniyasında qalib olmuş müştərilərə hədiyyələr təqdim olunub.

Kampaniyada ümumən 100 iştirakçı qalib olub. 60 qalib 100 manat, 25 qalib 300 manat, 10 qalib 500 manat hədiyyə qazanıb. Təqdimat mərasimində lotereyanın 2 qalibinə  "İpad Pro 9.7", daha 2 qalibinə  "İphone X" smartfonu təqdim olunub. Birinci yerin qalibi Xədicə Məmmədovaya isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ verilib.

Xədicə Məmmədova Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüdür. O, 406 min 159 uduş şansı arasından cəmi 4 uduş şansı ilə qalib gəlib: "Bu, bir qismətdir. Bankdan kredit almışdım. Mayın 15-də gecə "Xəzər" televiziyasının canlı efirindən zəng edib dedilər ki, lotereyada udmuşam. Çox sevinirəm. Maldiv adalarına böyük qızımla gedəcəyəm. Azərbaycan Beynəlxalq Bankına minnətdaram ki, bizə belə bir imkan yaratdı".


Xəbərə aid fotolar