Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılır


Digərləri 06 İyn 2018 10:50:00 217 0

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılır

Rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılır.

Bakı. Samir Əli - Rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Nərimanov rayonu, Mübariz Nağıyev küçəsində və Ziya Bünyadov prospekti, Dərnəgül, Baksol yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.