Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb (FOTO)


Digərləri 06 İyn 2018 10:41:00 294 0

Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb (FOTO)

Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb

Bakı. Elçin Mehdiyev - Azərbaycandan çıxışına qadağa qoyulmuş Ramin Hacılı sərhəddən qanunsuz keçmək istəyərkən saxlanılıb. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 4 iyun tarixində DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Bala­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar. İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.