Ben Lekomte Sakit okeanda İLK REKORDA imza atacaq


Digərləri 06 İyn 2018 06:30:00 303 0

Ben Lekomte Sakit okeanda İLK REKORDA imza atacaq

51 yaşlı fransalı üzgüçü Ben Lekomte yeni bir rekorda imza atmaq üzrə yola çıxıb.

Son.az xəbər verir ki, üzgüçü Sakit okeanı üzərək keçən ilk insan ünvanını qazanmaq üçün Yaponiyadan üzməyə başlayıb. Hədəfi isə ABŞ-ın qərb sahilinə çıxmaqdır.

O, bunun üçün hər gün 8 saatdan çox üzmək şərtilə 6 il məşq edib.

Ben Lekomte yol boyunca yırtıcı balıqlar, fırtınalar və meduza sürüləri, həmçinin temperaturu kəskin şəkildə azalan dəniz suyu kimi təhlükələrlə qarşılaşacaq. Ona 9 000 kilometrlik yolda mütəxəssis komandası yoldaşlıq edəcək. Mütəxəssislər həm də okeandakı plastik tullantı yığıntısını, həddən artıq hərəkət etməyin ürəyə təsirlərini və Fukuşima Nüvə Stansiyası faciəsinin okeanı necə dəyişdirdiyini araşdıracaq.

Təcrübəli üzgüçü bu rekorda çatmaqla həm də iqlim dəyişikliyi mövzusuna diqqət çəkməyə çalışır.