Ancelina Coli haqqında beş qəribə fakt FOTO


Digərləri 06 İyn 2018 03:30:00 456 0

Ancelina Coli haqqında beş qəribə fakt  FOTO

Ancelina Coli təkcə Hollivudun tanınmış və sevilən aktrisası deyil, həmçinin kinorejissor, ssenarist, 6 uşaq anası və BMT-nin sülhməramlı səfiridir. Bu gün onun 43 yaşı tamam olur. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla əlaqədar "Seqodnya" saytı aktrisa haqqında ən qəribə faktları toplayıb: 

1. Öz qətlini sifariş etməyə çalışıb

Ancelino Coli tək bacarığı ilə deyil, kifayət qədər qarışıq keçmişi ilə məşhurdur. Məlumdur ki, aktrisa uzun müddət depressiyadan və özünə inamsızlıqdan əziyyət çəkib. 

Belə ki, 26 yaşında o etiraf edib ki, öz qətlini təşkil etmək istəyib. O başa düşürdü ki, intihar çıxış yolu deyil, onun qətli daha yaxşı variantdır. 

2. Medalyonda qan 

Məlumdur ki, Bred Pittə qədər Ancelina Coli çoxu ilə eşq yaşayıb və 2 dəfə ərdə olub. 

Amerikalı aktyor Billi Bob ilə toy zamanı aktrisa ondan evlilik sənədini qanı ilə imzalamağı istəyib. Cütlüyün evliliyi 3 il sürüb. Bundan sonra, o, 2 medalyon alıb. Cütlük qarşı tərəfin qanının olduğu medalyonları özlərində saxlayırdılar. 

Ayrıldıqdan sonra Coli Bildən medalyonu qaytarmağı xahiş edib. Onlar hətta bədənlərində bir-birilərinin adlarının həkk olunduğu döyməni sildirməli olublar. 


Xəbərə aid fotolar