Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsib


Dünya 05 İyn 2018 23:31:28 251 0

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsib

XİN diplomatik əlaqələrin dayandırılması ilə bağlı Suriyaya nota göndərib

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına dair nota göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Gürcüstan XİN-i məlumat yayıb.

İdarənin bəyanatında bildirilir ki, "1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib".