Azərbaycanda 5 ayda bahalaşan və ucuzlaşan məhsullar


Digərləri 05 İyn 2018 20:36:00 272 0

Azərbaycanda 5 ayda bahalaşan və ucuzlaşan məhsullar

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri mayda əvvəlki ayla müqayisədə sabit qalıb.

Ötən ay ərzində un, manna və qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, yumurta, marqarin və qarğıdalı yağları, banan, çiyələk, pomidor, xiyar, sarımsaq, soğan, kartof, şəkər və şəkər tozu və şokolad məmulatlarının qiymətlərində azalma, toyuq əti, zeytun və kərə yağları, alma, yerkökü, göyərti, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.