Bu ixtisasları seçən abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək


Digərləri 05 İyn 2018 19:28:40 261 0

Bu ixtisasları seçən abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək

Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.

Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması döv­ləti­n əsas prioritetlərindəndir.