EHTİYATLI OLUN! Sellofan paket və plastik qablar TƏHLÜKƏLİDİR VİDEO FOTO


Digərləri 05 İyn 2018 19:10:00 292 0

EHTİYATLI OLUN! Sellofan paket və plastik qablar TƏHLÜKƏLİDİR  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində sellofan torbalar haqda süjet efirə gedib.

Əvvəllər daha çox parça və kağızdan hazırlanan torbalar bu gün sellofan torbalarla əvəz olunub. Hətta 10-15 dəqiqə istifadə etdiyimiz sellofan torbaların olmadığı bir həyat düşünə bilmirik. Küçələrdə, bazarlarda, market və mağazalarda, bir sözlə hər yerdə satılan polietilen torbalar çox ucuz qiymətə təklif edilir, əskər zaman da pulsuz verilir. Lakin sellofan torbaların fəsadlarından bir çoxları xəbərsizdir. Bu cür torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa keçir. Ərzaq vasitəsilə isə də insan orqanizminə. Şəffaf paketlər isə çox nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir və ərzaqla reaksiyaya girir. Həkimlərin sözlərinə görə, təbii olmayan hər bir şey insan orqanizminə ziyandır, xüsusilə də plastikdən hazırlanan məhsullar... Hüseyn Sultanov (həkim): "Əksəriyyəti neft məhsullarından alınır və təkrar emaldan gələnlər isə daha təhlükəlidir. Bu qan damar problemlərinə gətirib çıxarır". Təxminən 5 ildir ki, bu məsələlərlə bağlı xüsusi komissiya da fəaliyyət göstərir. Bu torbaların həyatımıza nə qədər çox nüfuz etdiyini demək isə artıqdır. Sadəcə, ətrafa nəzər salmaq kifayətdir. Plastik və polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük ziyan onların ekologiyaya vurduğu zərərdir.


Xəbərə aid foto