İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni kadr təyinatları olub


Digərləri 05 İyn 2018 17:14:00 247 0

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni kadr təyinatları olub

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının iclası keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının iclası keçirilib. Trend-in məlumatına görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovun yeni təyinatlar məsələsi üzrə təkliflərinə baxılıb. Müzakirələrdən sonra Murad Məhəmməd oğlu Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini, Yusif Bayandur oğlu Həmidov maliyyə direktoru, Faiq Akif oğlu Qürbətov Aparat rəhbəri, Leyla Mütəllim qızı Quliyeva Bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsinə təsdiqləniblər.