İTVnin ikinci şəxsi istefa verdi


Digərləri 05 İyn 2018 15:35:00 303 0

İTVnin ikinci şəxsi istefa verdi

İTV-nin ikinci şəxsi istefa verdi - Yerinə Murad Hüseynov gətirilir İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib.

Son.az bakupost-a istinadən xəbər verir ki, o, dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.

Məlumat üçün bildirək ki, H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub. 

TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Əldə olunan məlumata görə, TV-nin işçisi, yeni rəhbərliyin "Carçı" xəbərlər departamentinə nəzarəti həvalə etdiyi Murad Hüseynov, hələ ki, bu posta yeganə namizəddir.   Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasından sonra onun baş direktorun müavini vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.