Göyçayda alternativ körpünün inşası müvəqqəti təxirə salındı FOTO


Digərləri 05 İyn 2018 15:22:00 240 0

Göyçayda alternativ körpünün inşası müvəqqəti təxirə salındı  FOTO

Üç gün öncə güclü sel nəticəsində Göyçay çayı üzərində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpasına başlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, iki gündür, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "Körpübinatikinti" ASC-nin tikinti briqadası və ağır texnikaları dağılan körpünün bərpası işləri aparır.

Hazırda körpü dayağı üçün diametri 1000 sm olan dəmir borular torpağa basdırılır, çayda suyun kənardan mərkəzə tərəf yönəldilməsi üçün istiqamətləndirici beton bənd inşa edilir. Məlumata görə, körpünün bərpası işləri bir neçə ay davam edəcək. 

Bununla belə, iki gün öncə Göyçay çayı üzərində müvəqqəti olaraq alternativ körpünün inşasına başlanılacağı və bir həftə ərzində Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətinin bərpa ediləcəyi  bəyan edilsə də hazırda bu istiqamətdə iş aparılmır.

Mütəxəssislər bunu çayda suyun səviyyəsinin düşməməsi, eləcə də hazırda ağır texnikaların dağılan körpünün bərpası ilə məşğul olması ilə əlaqələndiriblər.


Xəbərə aid fotolar