“Mən hər zaman şərəflə, namusla işləmişəm”


Digərləri 05 İyn 2018 15:01:00 214 0

“Mən hər zaman şərəflə, namusla işləmişəm”

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib.

Son.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil:

"Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab prezidentin canını sağ eləsin. Neçə illər mənə ehtimad göstərdi. İndi məsləhət oldu ki, vəzifədən gedim. Bu, prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum".

Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səslənən fikirlər də böhtan xarakterlidir: