Gülər Əhmədova deputat pensiyası alacaq


Digərləri 05 İyn 2018 12:54:00 234 0

Gülər Əhmədova deputat pensiyası alacaq

Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə G.Əhmədovanın vəkili Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə qərar elan olunub.

Məhkəmənin qərarı ilə Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci qrup əlillik təyin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib.