Nazirlik: "Bu müəllimlərin iş yerinin dəyişdirilməsi üçün imtahan keçirilməyəcək"


Digərləri 05 İyn 2018 12:56:00 314 0

Nazirlik: "Bu müəllimlərin iş yerinin dəyişdirilməsi üçün imtahan keçirilməyəcək"

Mövcud qaydalara əsasən, ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu proses bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınacaq. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edəcəklər.