Azərbaycanda ceyranların sayı artıb FOTO


Digərləri 05 İyn 2018 10:59:00 234 0

Azərbaycanda ceyranların sayı artıb  FOTO

Hazırda Azərbaycanda ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Son.az-a verilən məlumata görə, ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.

May ayından Şirvan Milli Parkının ərazisində ceyranların balalama dövrü başlayıb. Hazırda Milli Parkda yeni doğulmuş ceyran balaları müşahidə edilir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2003-cü il sərəncamı ilə Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.


Xəbərə aid fotolar