Nigeriyada 180 məhbus həbsxanadan qaçıb


Dünya 05 İyn 2018 10:12:49 332 0

Nigeriyada 180 məhbus həbsxanadan qaçıb

Onlardan 30-nu həbsxanaya geri qaytarmaq mümkün olub

Nigeriyanın Minna şəhərində azı 180 məhbus həbsxanadan qaçıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Daily Post" qəzeti ölkənin daxili işlər naziri Əbdülrəhman Danbazauya istinadən yazıb.

Qəzetin məlumatına görə, qaçanlardan 30 nəfərini tapıb həbsxanaya geri qaytarmaq mümkün olub.

Həbsxananın yerləşdiyi Niger ştatının qubernatoru Sani-Bello bildirib ki, ştat rəhbərliyi həbsxanalarda islahatlar və ştat daxilində həbsxana infrastrukturunu yaxşılaşdırmaq məqsədi ilə federal hökumətlə əməkdaşlıq edəcək.

Hazırda rəsmilər məhbusların qaçma şəraitini və səbəblərini aydınlaşdırır.