Bakıda avtomobillə vurulan piyada öldü


Digərləri 05 İyn 2018 09:49:00 199 0

Bakıda avtomobillə vurulan piyada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu ərazisində Cəlal Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1987-ci il təvəllüdlü Elməddin Vəli oğlu Əhmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.