SenseTime bir neçə aya 1.2 milyard dollar investisiya aldı


Digərləri 05 İyn 2018 08:55:00 218 0

SenseTime bir neçə aya 1.2 milyard dollar investisiya aldı

Çinin SenseTime adlı süni zəka startapı ikinci investisiya raundunda 620 milyon dollar investisiya cəlb etdiyini bildirib. Beləliklə startapın qiyməti artıq 4.5 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən bahalı süni zəka startapı hesab edilir. Qeyd etmək lazımdır ki, SenseTime şirkəti hələ Aprel ayında 600 milyon dollar investisiya əldə etmişdi. Həmin vaxtda startapın dəyəri 3.5 milyard dollar təşkil edirdi.

Son.az technote.az-a istinadən bildirir ki, sonuncu investisiya raundunda Fidelity International, Hopu Capital, Silver Lake, Tiger Global və Qualcomm Ventures kimi fondlar iştirak ediblər. Əldə olunmuş yeni investisiyaları SenseTime tədqiqat və istehsalat mərkəzlərinin inkişafı və yeni mütəxəssislərin axtarışı üçün istifadə edəcək. SenseTime böyük həcmli məlumatlar üçün insan üzlərinin və fotoların təyin olunmasında istifadə olunan sistemləri hazırlayır.