Azərbaycan və Niderland öz ticarət limanlarını əlaqələndirmək niyyətindədir


Digərləri 05 İyn 2018 08:38:00 262 0

Azərbaycan və Niderland öz ticarət limanlarını əlaqələndirmək niyyətindədir

Azərbaycan və Niderland Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı və onun Niderland limanları ilə əlaqələndirilməsi üzərində birgə çalışırlar. Son.az bildirir ki, bunu Trend-ə Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.

O.Kervers bildirib ki, Niderlandın ticarət şəbəkələrinin nümayəndələri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi üsullarını öyrənirlər və Ələt limanı ilə ticarət əlaqəsi yaratmaq istəyirlər: "Hazırda onlar Azərbaycan sahibkarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və Niderlandın "Greenport" və Venlo limanları ilə Ələt limanı arasında əməkdaşlığın qurulması üzərində çalışırlar".

Səfir vurğulayıb ki, layihənin əhəmiyyətli hissəsi hökumətin minimal iştirakı ilə iki ölkənin biznes dairələrinin əlaqələri üzərində hazırlanır: "Biz Bakı və Maastrixt arasında həftədə bir neçə dəfə yük reysləri həyata keçiririk və mövcud ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini görürük".