"Ubermuber çıxmışdı, o iş bitdi"


Digərləri 05 İyn 2018 08:11:00 269 0

"Ubermuber çıxmışdı, o iş bitdi"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə "Uber" online taksi xidmətinin fəaliyyətinin dayandırıldığını elan edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, R. T. Ərdoğan bunu İstanbulda Özəl Xalq Avtobusları Birliyinin təşkil etdiyi iftarda bildirib. O, orucunu avtobus sürücüləri ilə birlikdə açıb. 

R. T. Ərdoğan çıxışında "Uber"lə bağlı yaranmış problemə də toxunub və ənənəvi taksi xidmətində çalışanları xidmət səviyyəsini yüksəltməyə çağırıb: "Taksiçi dostlarımız öz işlərini yenidən dəyərləndirməlidir. Həm texniki keyfiyyət, həm də müştəriyə xidmət standartlarını yüksəltməyən bir sistem uzun müddət mövcud ola bilməz. Tez-gec bir alternativ gələr, bu sistemi dəyişdirər. Taksiçilərimizi işlərində zəruri dəyişikliklər edərək onlara verilən bu imkanı ən yaxşı şəkildə dəyərləndirməyə dəvət edirəm. "Uber"-muber deyə bir şey çıxıb, o iş bitdi. Artıq elə bir şey yoxdur. Bizim taksiçilik sistemimiz var, bu haradan çıxdı? Avropada var imiş. Mənə nə? Burada qərarı biz veririk. Taksiçilərimizin haqqını yedirmərik".