Azərbaycanda dərman bitkilərinin kökü kəsilə bilər VİDEO


Digərləri 04 İyn 2018 21:30:00 367 0

Azərbaycanda dərman bitkilərinin kökü kəsilə bilər  VİDEO

Necə gəldi yığırlar, digər bitkiləri isə əzirlər. Son.az bildirir ki, söhbət AMEA-nın Mərəkəzi Nəbatat Bağında yetişdirilən dərman bitkilərindən gedir. Sözügedən bağın nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalovun sözlərinə görə, bəzi şəxslər pul qazanmaq üçün bir çox qiymətli dərman bitkilərini kökündən çıxararaq satırlar. Bununla da onlar təbabətdə geniş istifadə edilən bitkiləri məhv edirlər.

Laboratoriya müdiri Yusif Zeynalov deyir ki, Azərbaycan dərman bitkilərinin zənginliyinə görə dünyanın ən yaxşı təbiətinə malikdir. Dərman bitkiləri əsasən dağlıq ərazilərdə bitir. Mütəxəssisin sözlərinə görə, həmin dağlıq ərazidə bitən o bitkilərin toxumları yığılaraq Nəbatat Bağında da əkilib becərilir. Hazırda bağda təzyziq, mədə-bağırsaq, əsəb sistemini sakitləşdirmək, ağciyər və böyrək xəstəliklərinin qarşısını almaq üçün istifadə edilən 150 növ dərman bitkisi var.

Yusif Zeynalov deyir ki, dərman bitkiləri digər bitkilərlə müqayisədə fəqrli yığılır. Amma təəssüflər olsun ki, insanlar bu cür bitkiləri yığarkən böyük səhvlərə yol verirlər. Həm dağlarda həm də bağda onları necə gəldi yığdıqları üçün bitkini zədələyirlər. Buna görə də belə getsə Azərbaycanda dərman bitkilərinin kökü kəsiləcək.