Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər:


Digərləri 04 İyn 2018 21:36:00 275 0

Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər:

İçərisi sərnişinlə dolu olmasına baxmayaraq, sürücü avtobusu 120 kilometr saat sürətlə hərəkət etdirib. Son.az bildirir ki, sürücünün bu hərəkəti sərnişinləri qorxuya salıb. Bəzi sərnişinlər buna haqlı narazılıqlarını bildiriblər. Ancaq sürücü iradlara məhəl qoymayıb və əməlini davam etdirib. Üstəlik, daha da sürətli sürəcəyini deyib.

Görüntülər paytaxtdan Mərdəkan və Şüvəlan qəsəbələrinə sərnişin daşıyan 136 saylı avtobusda çəkilib. Dövlət qeydiyyat nişanı 90-VU-141 olan avtobusun sürücüsü üzü hava limanı istiqamətində hərəkətdə olarkən sözün əsl mənasınada sərnişinlərə qorxulu anlar yaşadıb.

Məsələ ilə bağlı sözügedən avtobusların xətt nəzarətçisi Namiq Quliyev isə bildirib ki, həmin sürücü şirkət tərəfindən cəzalandırılacaq.