Ayətullah Xamenei: "Düşmənin hücumuna on qat cavab verəcəyik"


Dünya 04 İyn 2018 21:18:00 297 0

Ayətullah Xamenei: "Düşmənin hücumuna on qat cavab verəcəyik"

Düşmənin hücumuna on qat cavab verəcəyik.

Son.az APA-ya istinadən bildirir ki, bunu İranın ali dini lideri Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi  İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında deyib.

O,  İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü  ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: "Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik.  Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik".