Barışmaq üçün evlərinə getdiyi sevgilisinin anasını öldürdü:


Dünya 04 İyn 2018 20:50:00 293 0

Barışmaq üçün evlərinə getdiyi sevgilisinin anasını öldürdü:

İzmirdə küsülü olduğu sevgilisi ilə barışmaq istəyən Yusufcan Ö. (19) adlı gənc dəhşətli qətl törədib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, sevgilisi M.Y.-nin evinə gedən hisrli gənc qızın anası Fadime Y.-nı (52) bıçaqlayaraq öldürüb, atası Fahri Y.-nı (57) isə yaralayıb, qaçıb. Yusufcan Ö. polis idarəsinə gələrək könüllü təslim olub.

Yaralı xəstəxanaya çatıdırlıb. Qızın atasının vəziyyətinin də yaxşı olmadığı deyilir.

İddialara görə, sevgilisindən üzr istəməyə gedən Yusufcan ilə M.Y.-nın ailəsi arasında mübahisə yaşanıb.


Xəbərə aid fotolar