Filippin prezidenti canlı yayımda gənc qızla zorla ÖPÜŞDÜ VİDEO


Dünya 04 İyn 2018 20:45:00 308 0

Filippin prezidenti canlı yayımda gənc qızla zorla ÖPÜŞDÜ  VİDEO

Filippin prezidenti Rodrigo Dutertenin canlı yayımda filippinli qadını dodağından öpməsi sərt reaksiya ilə qarşılanıb.

Son.az Mynet-ə istinadən xəbər verir ki, Duterte Cənubi Koreyada çalışan həmyerlisi olan iki gənc qadını səhnəyə çağıraraq onlardan birini onu dodağından öpməyə razı salıb.

Prezident işçi qadına hədiyyə etdiyi "Filippinlilər Katolik Kilisəsinə; seks, siyasət və pul" adlı kitabın qarşılığında öpüş tələb edib.

Duterte öpüşməmişdən öncə "İndi mənə bunu (kitabı) öpüşlə ödəmək məcburiyyətindəsən. Öpüşməyə hazırsan?" deyib.

Dutertenin qadını hər kəsin önündə öpməyi sosial şəbəkədə sərt reaksiya ilə qarşılanıb.