Aslan İsmayılova cinayət işi qaldırıldı


Digərləri 04 İyn 2018 18:57:00 307 0

Aslan İsmayılova cinayət işi qaldırıldı

Hüquqşünas Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb. 

Son.az bildidir ki, bu haqda musavat.com-a məhkəmə orqanlarındakı mənbədən məlumat daxil olub. 

Məlumatda bildirilir ki, hüquqşünas haqda cinayət işinin qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub. Aslan İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi deyilir. Belə ki, o, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib. Onun cəhdi baş tutmadıqda isə bağlı qapını sındırmağa çalışıb. Mənbə bildirir ki, zərbələrin şiddətindən qapı çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb.

Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib.