Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu


Digərləri 04 İyn 2018 12:55:00 290 0

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir.

Bakı. Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti startap turu Quba şəhərində keçiriləcək. Tədbir 8 iyun 2018-ci il tarixində saat 09:00-dan 17:00-dək Heydər Əliyev Mərkəzində keçiriləcək. Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, “Microsoft” şirkətinin təşkilatçı, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap turlarında iştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçmək zəruridir. Quba şəhərində keçiriləcək startap turuna ətraf rayon və şəhərlərdən olan iştirakçılar da qatıla bilər. Startap turu çərçivəsində Qubaya 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur.