İyulun 3-də 105 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq (FOTO)


Digərləri 04 İyn 2018 12:17:00 219 0

İyulun 3-də 105 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun ilk hərracı ayın 3-ü tarixində baş tutacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun ilk hərracı ayın 3-ü tarixində baş tutacaq. Komitədən Trend-ə verilən məlumata görə, hərracda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir. Hərraca 105 dövlət əmlakının çıxarılması, investorların seçim imkanının geniş olacağını göstərir. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər, Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum Çınqıl”dır. Bundan başqa, “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” kimi səhmdar cəmiyyətləri də iri investisiya yatırmaq üçün uğurlu seçim ola bilər.