İcra Hakimiyyəti: "Göyçayda selin vurduğu ziyan hesablanır, binaların birində yaşayışa icazə verilməyə bilər"


Digərləri 04 İyn 2018 11:51:00 314 0

İcra Hakimiyyəti: "Göyçayda selin vurduğu ziyan hesablanır, binaların birində yaşayışa icazə verilməyə bilər"

Göyçayda selin törətdiyi fəsadlar nəticəsində dəymiş ziyan müəyyənləşdirilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev deyib.

O bildirib ki, hazırda komissiya əhaliyə dəymiş ziyanı müəyyənləşdirir: "Hadisə nəticəsində rayon ərazisində və kəndlərdə əkin sahələri məhv olub. Hazırda komissiya üzvləri yerlərdə işləyir, bu məsələlərlə məşğuldur".

İ.Vəliyev qeyd edib ki, sel nəticəsində Göyçay çayının yaxınlığındakı binadan köçürülən ailələrin bəziləri evlərinə qaytarılıb: