Bakıda yollarında dünya çempionatı ilə əlaqədar təhlükəsizlik gücləndirilir FOTO


Digərləri 04 İyn 2018 11:26:28 296 0

Bakıda yollarında dünya çempionatı ilə əlaqədar təhlükəsizlik gücləndirilir  FOTO

İyunun 5-9 tarixlərində Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir.

Son.az xəbər verir ki, bunu Bakı şəhər BPİ  Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, çempionat vaxtı Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub: "Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun "Şıx sahəsi" ərazisində, "Dostluq parkı"-da yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur".


Xəbərə aid fotolar