İnanılmaz etiraf: Mən 6491ci ildən gəlmişəm VİDEO FOTO


Digərləri 04 İyn 2018 11:12:00 283 0

İnanılmaz etiraf: Mən 6491ci ildən gəlmişəm  VİDEO  FOTO

Mən gələcəyin insanıyam. 6491-ci ildən gəlmişəm və burada, 2018-ci ildə qalmışam.

Ceyms Oliver deyir ki, o, zamanda səyahət etdiyi mexanizmin sıradan çıxması nəticəsində gəldiyi vaxta, 6491-ci ilə qayıda bilmir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Gələcəyə qayıdış" filminin süjetinə bənzəyən bu olayın qəhrəmanının dediyinə görə, Yer planetində qlobal istiləşmə davam edəcək, yaxın illərdə yadplanetlilər aşkarlanacaq.

YouTube-dakı "ApexTV" kanalı Ceyms Oliverin dediklərini yoxlamaq qərarına gəlib.

Yalan detektoru vasitəsilə cavabları yoxlanılan Oliverin sözlərində uydurmalar və ya yalanlar aşkarlanmayıb.


Xəbərə aid fotolar