Göyçay çayı üzərində yeni körpünün inşası üçün hazırlıq görülür


Digərləri 04 İyn 2018 10:04:00 262 0

Göyçay çayı üzərində yeni körpünün inşası üçün hazırlıq görülür

Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən körpünün yerində yeni körpünün və 200 metr aralıda isə alternativ körpünün tikintisi üçün hazırlıqlar görülür.

Son.az APA-ya istinadən xəbər verir ki, iyunun 4-də çayda suyun səviyyəsi enib və "Körpübinatikinti" ASC-nin tikinti briqadası və ağır texnikaları ərazidə işə başlayıb.

Əvvəlcə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görülür. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa ediləcək. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddətdə sürücülər Göyçay-Ucar-Göyçay yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər.