Azərbaycanda müəllimlərin yerdəyişməsinə başlanılıb


Digərləri 04 İyn 2018 10:08:00 242 0

Azərbaycanda müəllimlərin yerdəyişməsinə başlanılıb

Bu gündən http://miq.edu.az/ saytında iş yerini dəyişmək istəyən müəllimlər üçün onlayn qeydiyyata başlanılıb.

Son.az xəbər verir ki, proses iyunun 11-dək davam edəcək.

Qaydalara əsasən, Təhsil Nazirliyi   sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi   sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Namizədlər şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçdikdən sonra onlara sistem tərəfindən müvafiq iş nömrəsi və parol təqdim olunur. Şəxsi səhifəyə daxil olan hər bir namizəd ilk olaraq hazırda işlədiyi ümumi təhsil müəssisəsinin adını, tədris etdiyi fənni, bölməsini qeyd etdikdən sonra onun diaqnostik qiymətləndirmədə və ya müəllimlərin işə qəbulu müsabiqəsində topladığı ballar sistem tərəfindən görünəcək. Əgər namizəd işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişdirsə, müsabiqəyə qatılmaq istədiyi balı seçməlidir.