Nazirlik Zərdabda reyd keçirdi - Kollektora tullantılar atanlar cərimələndi (FOTO)


Digərləri 04 İyn 2018 09:59:00 265 0

Nazirlik Zərdabda reyd keçirdi - Kollektora tullantılar atanlar cərimələndi (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən keçən kollektora tullantıların atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən keçən kollektora tullantıların atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı fakt təsdiqini tapıb. Tullantıların kənd sakinləri Nazir Nağıyev, Mahir Rzayev, Araz Əzizov, Sabit Eyvazov və Həmzət Davudov tərəfindən kollektora atıldığı müəyyən olunub.