Azərbaycanda ağır qəza:


Digərləri 04 İyn 2018 08:37:00 227 0

Azərbaycanda ağır qəza:

Ölənlərin hər ikisi sürücüdür

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 yaralı var.

Hadisə nəticəsində ölənlər - Qarayev Nayiq Sabir oğlu (1979) və İsmayilov Aydın Sürəddin oğlu (1976). Hər ikisi hadisə yerində ölüb.

Yaralılar - Rüstəmova Arzu Məcid qızı (1988), Əsgərova Mətanət Kamil qızı (1982), Alsəfərov İman İsgəndər oğlu (1965), Tağızadə Emin Elxan oğlu ( 2003).

Hadisə rayonun Gərgər kəndi ərazisində baş verib. Maşınlardan biri taksi fəaliyyəti ilə məşğul olub. Faktla bağlı araşdırma aparılır.