Tbilisidə etiraz aksiyası başa çatıb


Dünya 03 İyn 2018 23:57:12 260 0

Tbilisidə etiraz aksiyası başa çatıb

Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

Son.az APA-ya istinadən bildirir ki, parlamentin qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub.

Etiraz aksiyasına gec də olsa qatılan ötən il qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze deyib ki, sabah saat 14:00-da baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcək. O, görüşün hökumət administrasiyanın binasında müxalifət partiyalarının liderləri ilə birgə keçiriləcəyini qeyd edib.