Yollara qəza şəraiti yaradan sürücülər Təhlükəli görüntülər VİDEO


Digərləri 03 İyn 2018 20:51:00 291 0

Yollara qəza şəraiti yaradan sürücülər  Təhlükəli görüntülər  VİDEO

Tez-tez izləyicilərin diqqətinə ölkə yollarında təhlükəli vəziyyət yaradan sürücülərlə bağlı görüntülər təqdim edirik.

Budəfəki süjetdə isə sizlərə qaydaları kobud şəkildə pozaraq yolda qəza şəraiti yaradan 3 sürücünün görüntüsünü təqdim edəcəyik.

Son.az bildirir ki, ötən gün Adaş-Bakı yolunda qeydə alınmış görüntüdə sərnişin avtobusu o qədər sürətlə hərəkət edir ki, hətta saatda 140 kilometr sürətlə hərəkət edən minik maşını da ona çata bilmir. 99 MM 858 dövlət qeydiyyat nişanlı avtobusun sürücünün qaydaları kobud şəkildə pozduğu açıq aydın görünür. Həmin sürücü bu hərəkəti ilə həm özünün, həm də digərlərinin həyatını təhlükəyə atır.

Digər görüntü isə Qızıldaş yolu kimi tanınan Qaradağ rayonu ərazisindən Sumqayıt istiqamətinə gedən arxa yolda qeydə alınıb. Burada hərəkət edən yük maşınının arxasından o qədər toz qalxır ki, yolda hərkət edənlər görməkdə çətinlik çəkirlər. Sürücü bu hərəkəti ilə yolda qəza şəraiti yaradır.